Ermənistan hakimiyyəti anklav kəndləri avqustun 15-nə qədər Azərbaycana təhvil verməlidir.
Bu barədə Açarkurt kəndinin ağsaqallar şurasının keçmiş üzvü, Daşnaksütyun partiyasının üzvü Karen Qazaryan deyib.
Qazaryan bildirib ki, anklav kəndlərdə yaşayan ermənilərə avqustun 15-nə qədər vaxt verilib.
“Avqustun 15-də həmin kəndlərin Azərbaycana təhvil veriləcəyindən danışırlar. Anklavlar təhvil veriləndən sonra Açarkurt kəndi də mühasirəyə düşmüş olacaq. Hamımız ümid edirik ki, hakimiyyət dəyişəcək və məsələ bağlanacaq”, – o deyib.
Qeyd edək ki, Qazaxın anklav olan 3 kəndi – Yuxarı Əskipara, Barxudarlı və Sofulu, həmçinin, Sədərəyin Kərki kəndi hələ də erməni işğalındadır.