Ermənilər açıqladı: Göyçə gölü sürətlə quruyur

0
145

Göyçə gölünün səviyyəsi yanvarın 29-dan fevralın 4-dək olan dövrdə 1 sm azalaraq fevralın 4-də 1900,14 m (02/04/24) təşkil edib.

Bu barədə Ermənistan Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bu da ötən ilin eyni günündən 11 sm və 1 yanvar 2024-cü il səviyyəsindən 3 sm aşağıdır.

Arpaçay vasitəsilə Göyçə gölünə daxil olan suyun miqdarı yanvarın 29-dan fevralın 4-dək olan dövrdə 1,437 milyon m3, 2024-cü il yanvarın 1-dən fevralın 4-dək olan dövrdə isə 7,446 milyon m3 təşkil edib.