Erməni hakerlər Day.Az, Milli.Az, “Trend” BİA və Azernews-un saytlarına hücum ediblər.
Bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
O bildirib ki, genişmiqyaslı, intensiv hücum artıq bir neçə saatdır davam edir:
“Texniki xidmət problemi aradan qaldırmaq üçün bütün imkanlara əl atıb. Hazırda yalnız bəzi istifadəçilərdə sözügedən saytlara giriş mümkündür. Müvəqqəti çətinliklərə görə oxuculardan üzr istəyirik”.