Erməni səfiri susduran azərbaycanlı təhdid edilir

0
481

Pyatiqorskdakı “Maşuk 2019” forumunda erməni nümayəndə heyətinin üzvləri ilə insidentdən sonra Bakı Gənclər Klubunun Beynəlxalq Departamentinin rəhbəri Sabir Rüstəmovun ünvanına təhdidlər daxil olmağa başlayıb.
Bu barədə  Sabir Rüstəmovun özü məlumat verib. O, insidentin baş verdiyi gün naməlum şəxslərin onun çadırındakı şəxsi əşyaları arasında qanunsuz axtarış apardıqlarını bildirib:
“Onların nə axtardığını bilmirəm. Mənə bu barədə İnquşetiya nümayəndə heyətindən olan şəxslər məlumat verdilər. Bundan sonra Azərbaycan icmasının üzvləri mənə forumun təşkilatçıları tərəfindən verilən çadırda qalmamağı məsləhət gördülər. Dedilər ki, bu şəxslər mənə hansısa formada zərər vurmaq üçün çantama nəsə qanunsuz şey ata bilərlər. Mən məsləhətə qulaq asdım. Hazırda nümayəndə heyətinin bütün üzvlərini Azərbaycan icması qoruyur və biz azərbaycanlıların evində yaşayırıq”.
Rüstəmov həmçinin baş verən provokasiya barədə Bakıya məlumat verən zaman forumun təşkilatçılarının onunla guya profilaktik söhbət etdiyini də bildirib. O, Pyatiqorskdakı insidentlə bağlı Axar.az-da yayımlanan məqalənin ona irad tutmaq üçün göstərildiyini deyib.
“Onların məqsədi məni susmağım üçün qorxutmaqdan ibarət idi. Pyatiqorskda çoxlu erməni var. Onlar praktik olaraq hər yerdə – həm hüquq-mühafizə orqanlarında, həm hakim dairələrdədirlər. Mənim addımım görünür erməni dairələri çox əsəbiləşdirib və onlar hərəkətə keçmək qərarına gəliblər. Onlar mənə sosial şəbəkələrdə yazır, zəng edir, mübahisə edir və təhdid edirdilər”.