“Bizim vəzifəmiz yeni konsepsiya hazırlamaq deyil, Konstitusiyanın yeni mətnini hazırlamaqdır”.
Bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə bildirib.
“Hazırda bu istiqamətdə işlər davam etdirilir”, – nazir əlavə edib.
O qeyd edib ki, növbəti seçkilərə qədər konstitusiyanın yeni mətninin hazırlanması üçün mümkün olan hər şey edilməlidir.
“Amma mən heç vaxt deməmişəm ki, Konstitusiya ilə bağlı referendum seçkilərdən əvvəl və ya ondan sonra keçirilməlidir. Bizim öhdəliyimiz Konstitusiyanın yeni mətninin 2026-cı il seçkilərinə qədər hazır olmasını təmin etməkdir. Bundan sonra referendumla bağlı qərar veriləcək”, – deyə nazir bildirib.
Qalyan qeyd edib ki, mətn üzərində iş aparılır.
Konstitusiyanın dəyişməmiş ilk iki maddəsinə gəlincə, nazir deyib:
“Əgər onlar dəyişməz qalsalar, məntiqdən heç bir sapma olmayacaq”.