Erməni nazir türklərin və azərbaycanlıların Ermənistan vətəndaşlığını alacağını istisna etmir

0
205

Ermənistan hökumətinə yeni layihə təqdim edilib. Layihəyə əsasən, Ermənistan Respublikası iqtisadiyyatına 150 min dollar sərmayə qoyan xarici vətəndaşlar bu ölkənin vətəndaşlığını ala biləcəklər.

“Ermənistanda hər zaman xarici sərmayələr təşviq edilib. Həmçinin fərdi şəxslər tərəfindən qoyulan investisiyalar heç də böyük şirkətlərinkindən az olmayıb”.

Erməni KİV xəbər verir ki, bunu iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Bu qanun layihəsi ilə biz dünyada mövcud olan imkanlardan yararlanmaq istəyirik. Bu, eyni anda iki məsələni həll edir: bizim üçün immiqrasiya və investisiyalar hesabına Ermənistanın iqtisadiyyatının inkişafı çox önəmlidir”, – deyə o qeyd edib.

“Məsələ onda deyil ki, kim vətəndaşlıq üçün müraciət etsə, o da əldə edəcək. Təbii ki, ya polis, ya da Milli Təhlükəsizlik Xidməti tərəfindən lazımi prosedurlar həyata keçirəcək. Düşünürəm ki, bu halda qeyd edilən narahatlıqlar tamamilə neytrallaşacaq. Həmçinin, ikili vətəndaşlığı – erməni və türk vətəndaşlığı olan çox sayda vətəndaşlarla bağlı problemlər də aradan qalxacaq”, – deyə nazir müxbirin Türkiyə və Azərbaycan vətəndaşlarının ikili vətəndaşlıq əldə etmək qorxuları ilə bağlı sualını cavablandırıb.