Erməni keşişlər Xudavəng monastırını tərk etməyiblər.
Bu barədə bütün ermənilərin katalikosu II Qaregin deyib.
O, keşişlərin bu addımını dəstəklədiyini bildirib.
Hazırda Xudavəng monastırı Rusiya sülhməramlılarının nəzarətindədir.
Qeyd edək ki, Xudavəng monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşir. Elmi mənbələrdə həm də Dadivəng və ya Xudavəng kimi adı keçir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Xudavəng monastırı Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksidir. Monastıra dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır.
Xatırladaq ki, erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv edib və kilsənin maddi-mədəni irsinə nəzarət qriqorian kilsəsinin ixtiyarına keçib. Bundan sonra ermənilər bu abidələrin “tarixən” özlərinə aid olduğunu utanmadan bəyan edirlər.