Almaniyada vəfat edən Cənubi Koreya qazisi erməni əsilli Minas Kayanın son vəsiyyəti dünya mediasında geniş yer tutub.
91 yaşlı qazi son mənzilinə Türkiyə bayrağına sarılaraq yola salınmasını istəyib.
Bu barədə qazinin oğlu Murat Kaya deyib.
Türkiyənin Yozqat şəhərində anadan olan, 51 ildir Almaniyanın Bremen şəhərində yaşayan erməni əsilli Kayanın ürək çatışmazlığından öldüyü bildirilir.