
Ermənistanda hərbi hissədə atışma olub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Qurumdan verilən məlumata görə, əsgərlərin bir-birinə atəş açması nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.
“Dekabrın 10-da saat 19:30 radələrində cənub istiqamətindəki hərbi hissələrdən birində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 19 yaşlı Senik Aşotoviç Arzumanyan xidmət yoldaşı tərəfindən odlu silahdan güllələnərək öldürülüb”, – Müdafiə Nazirliyi xəbər verib.
Bildirilir ki, daha iki hərbçi yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur.
Faktla bağlı istintaqa başlanılıb.