Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı deyib ki, İsrail qarşıdan gələn Ramazan ayında fələstinli müsəlmanların müqəddəs yerlərə girişini qadağan edərsə, “çox ciddi nəticələrlə” üzləşəcək.
Bu barədə “Reuters” məlumat yayıb.
Ərdoğan Ankarada Fələstin prezidenti Mahmud Abbasla birgə mətbuat konfransında deyib: “Qarşıdan gələn Ramazan ayı ərəfəsində təxribatların qarşısının alınmasının zəruriliyi ilə bağlı müvafiq orqanlara mesajlarımızı çatdırırıq.
Radikal İsrail siyasətçilərinin müsəlmanların Haram əl-Şərifə (Məbəd dağı – red.) girişini məhdudlaşdırmaq tələbləri tam cəfəngiyatdır. Belə bir addımın nəticələri, şübhəsiz ki, çox ağır olacaq”, – deyə o əlavə edib.