Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada diplomatik forumun açılış mərasimində çıxışı zamanı deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Qarabağın azad edilməsindən sonra Ermənistanla başlayan nizamlanma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək.
O, həmçinin əlavə edib ki, Ankara türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacaq.