Türkiyə Qarabağ imtahanından alnı açıq çıxıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışında deyib.
“Türkiyə Suriya, Somali, Qarabağ imtahanından necə alnıaçıq çıxıbsa, Qəzza imtahanını da o cür verəcəkdir. Bütün cəhdlərimizi buna sərf edirik. Fələstinlilər azadlıqlarına, müstəqil dövlətinə qovuşana qədər dayanmayacağıq”, – deyə Ərdoğan bildirib.