Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilib ki, Baş nazir Türkiyə Prezidentini Qurban bayramı münasibətilə, Türkiyə prezidenti isə Ermənistan liderini qarşıdan gələn Vardavar, İsa Məsihin Transfiqurasiyası münasibətilə təbrik edib.
Türkiyə lideri Paşinyana Ermənistanın şimal bölgələrində baş verən son sel fəlakəti ilə bağlı başsağlığı verib.
Qeyd edilıib ki, liderlər Ermənistan və Türkiyə arasındakı münasibətlərin heç bir ilkin şərt olmadan tam nizamlanması üçün siyasi iradələrini vurğulyıblar.
Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələrinin görüşlərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar və indiyə qədər əldə edilmiş razılaşmaları bir daha təsdiq ediblər.
Liderlər Ermənistan və Türkiyənin yüksək səviyyəli nümayəndələri arasında davamlı dialoqu məmnunluqla qeyd ediblər. Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.