Ərdoğan NATO lideri ilə görüşəcək – Masada 3 əsas məsələ var

0
26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna münaqişəsindəki son hadisələri müzakirə edəcək.

Bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, Rutte noyabrın 25-də Ankaraya uçmaq niyyətindədir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bazar ertəsi danışıqlar zamanı Ərdoğan və Rutte həmçinin NATO müttəfiqləri arasında müdafiə təchizatı sahəsində maneələrin aradan qaldırılması və Şimali Atlantika Alyansının terrora qarşı birgə mübarizəsini müzakirə edəcəklər.

Bundan əvvəl Ərdoğan ABŞ-ın Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə vermək qərarına qarşı çıxıb.