Ərdoğan Azərbaycan nümayəndələrini ayaq üstə alqışladı

0
13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında iştirak edib.

Qeyd olunur ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.

R.T. Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib. Təqdimatda Qarabağ atları ilə akrobatik atçılıq şousu da olub. Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Ərdoğan çıxışı ayağa qalxaraq alqışlayıb.

VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalı mayın 25-dək davam edəcək.