Böyük Britaniyada Oxfam xeyriyyə mağazalarından birində tapılan İncilin nadir nüsxəsi hərracda 56,28 min funt sterlinqə satılıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kitab ianə yığını içərisində tapılıb. Mütəxəssislərin fikrincə, o, 1815-1822-ci illər arasında çap olunub. Bu, həm də İncilin Çin dilinə tam tərcüməsinin ilk nəşridir.
“Bəzi qartal gözlü könüllülər tərəfindən potensial dəyərli olduğu müəyyən edilən İncil Bonhams tərəfindən hərraca çıxarılıb və 600-800 funt-sterlinq dəyərində qiymətləndirilib. İki həftəlik tenderdən sonra o, heyrətamiz bir qiymətə 56.280 funt-sterlinqə satılıb”, – bəyanatda deyilir.