Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi

0
388

Azərbaycanın Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalının taleyi ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb.

O qeyd edib ki, təşkilatçılar hələ də festivalı əvvəl elan olunduğu tarixdə – iyulun 29-dan avqustun 2-dək “Sea Breeze”də keçirməyi planlaşdırırlar.

“Əlbəttə, biz bütün məsuliyyəti dərk edirik və tamaşaçılarımız, eləcə də, bütün komandamız üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirəcəyik”.

E.Ağalarov qeyd edib ki, təşkilatçılardan asılı olmayan səbəblərdən hansısa fors-major vəziyyət yaranarsa, musiqi festivalının tarixi avqust ayının sonuna və ya növbəti ilə keçirilə bilər.

Tanınmış musiqiçi vurğulayıb ki, istənilən halda, onlar musiqi festivalının hazırlıqlarını davam etdirirlər.