
“Tələbəyə kreditin verilməsi onun üçün əlavə imkandır. Keçən il bu imkan yox idi”.
Bunu təhsil naziri Emin Əmrullayev təhsil kreditləri ilə bağlı bildirib.
“Kredit o qədər aşağı faizlə və uzun müddətə verilir ki, tələbələr təhsil haqqını geri ödəməkdə çətinlik çəkməyəcək”, – deyə nazir qeyd edib.