Emin Əmrullayev: “Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır” – VİDEO

0
319

Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır”.

Bu sözləri Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb:

“Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq. Teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrildi. Bu günə qədər 6700-dən çox teledərs hazırlanmışdır. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq”.