Elza Seyidcahan dilə gəldi: “Mənə “Xalq artisti” adı düşür” – VİDEO

0
613

Əməkdar artist Elza Seyidcahan “Xalq artisti” olmaq istəyir.

Bəstəkar-müğənni bu arzusunu “Hər şey daxil” proqramında dilə gətirib:

“Fəxri adlar verilirsə, biz buna sevinməliyik və hörmətlə yanaşmalıyıq. Əlbəttə ki, o ad arzusunda olanlar çoxdur və ona da layiqdirlər. Layiqdirlər ki, umurlar, gözləyirlər. Onlardan biri də mənəm. 2009-cu ildə “Əməkdar artist” adını almışam, bu gün mənə “Xalq artisti” adı düşür. Özüm də bu yaxınlarda Nəsiminin yubileyi ilə bağlı böyük konsert verdim.

Mən “Əməkdar artist” fəxri adına da gecikmişdim, heç demirdim ki, niyə vermirlər. Nə vaxt cənab prezidentimin imzası ilə mənim qismətim olacaq, o vaxt alacam”.

Elza xanım yeni xalq artistləri Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifə paxıllıq etmədiyini deyib:

“Xalq artisti” fəxri adı alanlara paxıllıq etmədim. Məndə paxıllıq hissi yoxdur. Buradan hamını təbrik edirəm, öpürəm, bağrıma basıram”. (BAKU.WS)