Elnur Hacıyev İNK rayon şöbəsinin rəhbəri təyin olunmuşdur

0
768

İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin qərarı ilə İNK-nın Lənkəran rayon şöbəsinin  rəhbəri   Masallı Regional Boks Mərkəzinin direktoru Elnur Hacıyev təyin olunmuşdur. 5 qat Azərbaycan çempionu, 3 dəfə beynəlxalq turnirlərin qalibi, 1999-cu ildə Azərbaycan Boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında keçirilmiş  Avropa çempionatının bürünc mükafatçısı Elnur Hacıyev Azərbaycan Respublikasının idman ustası, Respublika dərəcəli hakimdir. Elnur Hacıyev hazırda uşaq, yeniyetmə və gənclərin sağlam ruhda tərbiyə olunması naminə məşqçilik fəaliyyətini də davam etdirir. E.Hacıyev İNK Lənkəran rayon şöbəsinin rəhbəri kimi ictimai nəzarətin həyata keçirilməsində gənc idmançıların da fəallığını artırmağa çalışacağını bildirmişdir.

ictimaixeber.az