Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Tender müsabiqəsinin qalibi “Vətən-N Mühafizə Xidməti” MMC olub.
“Vətən-N Mühafizə Xidməti” MMC 6 ay ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA Mərkəzi Elmi Kitabxanası “Vətən-N Mühafizə Xidməti” MMC –yə 39 min manat ödəyəcək.
Məlumt üçün bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC yeni yaranıb. Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğludur.
Qeyd edək ki, Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisidir. “Riyad Mühafizə Xidməti” MMC-nin rəsmi sosial şəbəkə hesabında Qasımov Etibar Ağahüseyn oğlunun general rütbəsi daşıdığı bildirilir.
Ok Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Eyni zamanda onu da bildirək ki, Etibar Qasımov İctimai Nəzarət Koalisiyasının İdarə Heyəti sədri Rasim Məmmədovun Təhlükəsizlik xidməti üzrə müavinidir.