Əliyevlə sərhəddə görüşməyə hazıram – Paşinyan

0
106

Biz bütün beynəlxalq tərəfdaşlarımızın sülh prosesində rolunu yüksək səviyyədə qiymətləndiririk.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, uzun müddətdir ki, Azərbaycanla iş ikitərəfli formatda aparılır:

“Ötən ilin dekabrındakı birgə bəyanat, 19 aprel bəyanatı və dünən imzalanmış komissiyaların əsasnaməsini nəzərə alaraq, deyə bilərik ki, bu format müəyyən qədər səmərəlilik nümayiş etdirir. Biz bu məsələ ilə bağlı qərar verməliyik, çünki ümumi anlayış ondan ibarətdir ki, indiki mərhələdə biz ikitərəfli formatda işləyirik və nə qədər ki, bununla irəliləyə bilərik, bu, düzgün bir qərardır. Mən bu barədə Rusiya prezidentinə son telefon danışığımızda birbaşa və səmimi dedim”.

Paşinyan vurğulayıb ki, o, ikitərəfli formatla yanaşı, başqa formatlarda da işləməyi istisna etmir:

“Hər bir işə ayrıca məsələ kontekstində ayrıca baxılmalıdır. Avropa siyasi ictimaiyyətinin sammiti zamanı RA-nın görüşdən imtina etdiyi görüntüsü yaratmağa cəhd edilib. RA görüşdən imtina etməyib. Mən özüm də Azərbaycan prezidentinə təklif etmişəm ki, ikitərəfli görüş keçirilsin. Bu, demarkasiya komissiyalarının toplaşdığı Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Mən də belə təmaslara hazıram. Üçtərəfli təmaslara gəlincə, onun məqsədəuyğunluğu verilən müddətdə, indiki vəziyyətdə dəyərləndirilməlidir”.