“Əliyevin bütün tələblərini icra edəcəm, hazır olun” – Paşinyan iclasda nə deyib?

0
55

“Nikol Paşinyan hökumətin iclasında “Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm” deyib”.

Bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr iddia edir ki, hökumətin dünən keçirilən iclasında baş nazir delimitasiya prosesini və imzalanan protokolu böyük uğur adlandırıb.

“Sonra da əlavə edib ki, “əgər biz bu prinsipdən kənara çıxsaq və yeni sərhəd xətti yaratsaq, bu, hərbi toqquşmalar üçün daimi mənbə yaratmağımız demək olardı. Əslində onun sözlərinin izahı aydındır: Paşinyan deyir ki, “biz sərhədi mövcud reallıqlar əsasında çəkirik, yəni kimin ordusu hardadırsa, orada dayanır. Bu o deməkdir ki, Azərbaycanın Qaragöldən, Cermuxdan (İstisu), Sotkdan (Söyüdlü) geri çəkilməsinə ümid etmək lazım deyil. Erməni baş nazir açıq şəkildə mesaj verir ki, “hazır olun, Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm”, – nəşr iddia edir.