Elektron sistemlə birinci sinifə qəbul olunanların sayı AÇIQLANIB

0
229

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə birinci sinifə qəbul ilə bağlı nəticələr açıqlanıb.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib.

Eyni zamanda BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1 070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. 2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.