Elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq

0
316

Azərbaycanda tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 35 manat idi.