Elçin Quliyev sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb – FOTO

0
423

Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb və sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Novruz” bayramı müna­sibə­tilə Azərbaycan xalqına ünvanladığı təbrik sözləri şəxsi heyətə çatdırılıb, təmas xəttində döyüş mövqelə­rində xidmətdə olan hər­bi qulluq­çu­lar bu bayram münasibətilə şəxsən təbrik edilib, hər bir sər­həd­çiyə bay­ram sovqatları təqdim olunub.

Səfər çərçivəsində xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması üzrə verilmiş tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılmış, zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərə, hərbi qulluqçuların xidməti və ya­şayış şərait­lə­rinə baxış ke­çirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər verilib.