Fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma aparmaq məcburiyyətində qalmayacaqlar.
Eyni zamanda fermerlər elektron kabinetləri vasitəsilə günün 24 saatı ərzində Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına müraciət göndərmək imkanı əldə edəcək. EKTİS-in tətbiqi aqrar fəaliyyətlərdən yararlanmaq üçün vaxt itkisini aradan qaldırmış olacaq. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır. Bu üstünlük həm təsərrüfat üzrə və ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda fermerlərə əlavə imkanlar yaratmış olacaq.
Fermerlərə maarifləndirici məlumatların çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə olaraq www.agroinfo.az saytı yaradılıb.