Ekspert Türkiyədə növbəti zəlzələnin vaxtını açıqladı

0
158

“Növbəti həftələrdə Türkiyədə yenidən zəlzələ baş verə bilər”.

Bu barədə Rusiyanın fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets proqnoz verib.

Onun sözlərinə görə, təkanlar daha az nəzərə çarpacaq, lakin onlar yeni qurbanlara və yaralılara səbəb ola bilər.

“Şübhəsiz ki, yaxın gələcəkdə biz yeni zəlzələnin afterşoklarının şahidi olacağıq. Üstəlik, yaxın bir neçə həftə ərzində Türkiyənin cənub-şərqində yeni sarsıntılar gözlənilir. Düzdür, təkanlar daha az nəzərə çarpacaq. Lakin bu, yeni qurbanların və zərərçəkənlərin olma ehtimalını inkar etmir”, – deyə Pulinets bildirib.

Xatırladaq ki, ötən gün Türkiyənin cənub-şərqində iki yeni zəlzələ baş verib. Seysmoloqların sözlərinə görə, təkanların maqnitudası 6,4 və 5,8 bal olub, onlar 17 dəqiqəlik fasilə ilə baş verib. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan və Suriyada da hiss olunub. Son məlumatlara görə, Türkiyədə son zəlzələdə 6 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Geoloq, İstanbul Universitetinin professoru Okan Tüysüz iddia edib ki, bu zəlzələ fevralın 6-da baş verən dağıdıcı təsirdən sonra afterşok olmayıb; qırılma xəttində müstəqil təkan olub. Alim gələcəkdə oxşar gücdə yeni zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edib.