Ekokönüllülər hər kəsi qanvermə kampaniyasında iştiraka çağırdı – FOTO

0
479

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekokönüllüləri talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə başladılan “Könüllü Donor” kampaniyasına qoşulub.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlar xüsusi karantin rejiminin qaydalarına əməl etməklə bu aksiyada iştirak ediblər.

Ekokönüllülər qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır və cəmiyyətin diqqətini bu xeyirxah  məsələyə yönəltmək istəyir.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təkcə Bakıda deyil, həmçinin, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə də bölmələri fəaliyyət göstərir və bu bölmələrə müraciət etməklə xeyirxah aksiyanın iştirakçısı olun.

Xatırladaq ki, Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə kömək məqsədilə  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü Donor” aksiyasına start verilib.