“Ehtiyatlı olun” xəbərdarlığı: Yaxın saatlarda Yerə çatacaq

0
236

2017-ci ildən bəri ən güclü hesab edilən bu ilin ilk maqnit qasırğası yaxın saatlarda Yerə çatacaq.

Bu, Yeni il ərəfəsində Günəşdə baş verən güclü alışma ilə bağlıdır. Mütəxəssislər bu partlayışa ən yüksək sinif təyin ediblər.

Super güclü partlayışa səbəb günəş ləkələrinin hərəkəti nəticəsində günəş tacında maqnit və elektrik enerjisinin toplanması olub. Partlayışın baş verdiyi ərazi Günəşin bizə əks tərəfində olub və yalnız bu gün Yerin baxış sahəsində görünüb.

Püskürməni müstəsna güc hadisəsi kimi təsvir etmək olar. Bu, əvvəlki partlayışlardan təxminən 2 dəfə güclüdür. Günəşdə silsilə partlayışlar yaxın günlərdə də davam edə bilər.