Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə Teleqraf-a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bu gün iclasda 100-dən artıq müraciətə baxılıb. İclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Növbəti iclas fevralın sonunda keçiriləcək.
Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
Xatırladaq ki, əfv sərəncamı Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.
XXX
Bu gündən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.
Toplantıda daxil olan müraciətlərə baxılacaq.
Növbəti əfv sərəncamı imzalana qədər komissiyanın iclasları mütəmadi keçiriləcək. Lakin sərəncamın nə zaman imzalanacağı məlum deyil. Bu məsələ Azərbaycan Prezidentinin səlahiyyətinə daxildir.