“Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı”.
Trend-in məlumatına görə, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.
“Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi”, – deyə Eduard Vartanyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın pilotsuz uçuş aparatları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni general təcili tibbi yardım maşınına minib və ərazidən qaçıb.https://player.baku.tv/embed/28174