ƏBƏDİYYƏT ZİRVƏSİNƏ UCALANLAR…

0
46

Bu gün ATU- nun akt zalında, Politexnik Universitetin şəhid məzunu,evin yeganə oglu Zeynallı Rəşad Qiyas oğluna həsr olunmuş ” Rəşadətli ömür”filminin nümayişi keçirildi.Filmdə Rəşadın yaşadıgı həyat ,gənclərə örnək ola biləcək qəhrəmanlığı barədə dəqiq məlumatlardan istifadə olunmuşdu.Filmin ərsəyə gəlməsində zəhməti olanlara – ideya müəllifi Emilya Səfərəliyevaya,quruluşçu rejissor Elmar Əli Oruca,,ssenari müəllifi Çımnaz Ağakişiyevaya,quruluşçu operator Emin Rəhimova, dron operatoru Nicat Tahirliyə,rejissor assisenti Nicat Əhmədova bütün izləyicilər adından dərin minnətdarlığımızı bildirirəm.Filmə kövrəlmədən baxmaq olmadı.Yüksək peşəkarlıqla çəkilmiş filmdəki hadisələr və evə gəlməsinə 3 gün qalmış səhid olması xəbəri hamını aglatdı.Atası onunla üryinə damırmış kimi 3 gün əvvəl yanına gedəndə,Rəşad deyib ki,niyə əziyyət çəkib gəldiniz.3 gündən sonra gələcəkdim də.Sağollaşandan sonra yenidən qayıdıb atası ilə son dəfə görüşüb.Ata həmin anları həyəcanla danışır…Filmdə onun təhsil aldığı, l Qarabağ şəhidi Paşa Nəzərov adına 60 nömrəli məktəbin müəllimləri,ali təhsil aldıgı universitetin müəllimləri Rəşad haqqında onun nümunəvi şagird,nümunəvi tələbə olduğundan fəxrlə söhbət açmışlar. Anası Hafizə xanımın, atası Qiyas kişinin kövrək hisslərlə oğlu ilə fəxr etmələrindən və onu vətənpərvər bir oğul kimi böyütmələrini iştirakçılara çatdıra bilmişlər! .Film haqqında geniş danışmaqdansa ona baxmağı məsləhət görərdik.
Rəşad haqqında bizim yaradıcı alim,filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova geniş məlumat verdi…Şəhidlərə həsr etdiyi “
KİÇİK DÜNYANIN BÖYÜK İNSANLARI”.adlı nəfis tərtibatda hazırladıgı kitabda Rəşad haqqında da ətraflı məlumat vermişdir.Çıxış edənlər-Rəşadın anası Hafizə xanım və atası Qiyas bəy,,digər şəhid valideynləri ürək sözlərini ,təşəkkürlərini yaradıcı heyətə bildirdilər.
Tədbirin təşkilatçılarından ATU- humanitar fənlər üzrə kafedrasının müdir müavini Həbib Mirzəyevə,həmin kafedranın müəllimi Zarina Tagıyevaya da təşəkkür edirik.Tədbirdə orta məktəb və universitetin tələbələrinin ,şəhid valideynlərinin fəal iştirakı Rəşadın valideynlərinə mənəvi dəstək oldu!
Biz də onlara səbr diləyərək xatirə şəkilləri çəkdirdik
NƏZAKƏT EMİNQIZI,DAMMərkəzinin Ekspertlər Şurasının sədri,”Yazarlar”və “Carçı”jurnallarının əməkdaşı,AJB-nin üzvü,yazıçı- publisist.