DYP: Yağışda yollarda kiçik sıxlıqların yaranması normaldır

0
174

Yağışlı hava ilə bağlı paytaxtın avtomobil yollarında yaranan sıxlıq günorta saatlarına qədər davam edir.

Hazırda Bakının mərkəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, yağışlı havada yollarda hərəkət sürəti aşağı düşməlidir: “Çünki “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsində göstərilib ki, hava şəraitindən asılı olaraq, nəqliyyat vasitələri daha ehtiyatlı idarə edilməlidir. Meteoroloji vəziyyət, ara məsafələr düzgün qiymətləndirilməli, sürət həddi aşağı salınmalıdır. Yollarda sıxlıq yaranması təbiidir, normal haldır. Heç kim bunu başqa cür qiymətləndirməməlidir. Paytaxtda hava şəraiti əsasən mülayim keçir. Sürücülərimiz normal hava şəraitində avtomobil idarə etməyə öyrəşiblər. Yağış, çiskin olan kimi sürücülərimiz avtomobilləri daha ehtiyatlı idarə edirlər. Bu səbəbdən kiçik sıxlıqların yaranması normal haldır”.