DYP Biləcəri bələdiyyəsini cərimələdi

0
549

Dövlət Yol Polisi (DYP) Binəqədi rayon Biləcəri bələdiyyəsi barəsində inzibati qaydada protokol tərtib edib.

Binəqədi Rayon Məhkəməsi bələdiyyəni İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, Binəqədi rayon Biləcəri bələdiyyəsi 300 manat məbləğində cərimə edilib.

Bələdiyyə qərardan apelyasiya şikayəti verib.