DYP: Bayramda qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək

0
406

Novruz bayramı günlərində yol polisinin qeydiyyat-imtahan və texniki baxış şöbələri fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qeyd olunub ki, texniki baxışdan keçmənin son müddəti qeyri-iş günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.