DYP: 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb

0
451

Ötən gün karantin postlarından 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, iyunun 26-sı saat 00:00-dan iyunun 27-si saat 00:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb.