Düşmənin təxribatını zərərsizləşdirmə əməliyyatı aparılan şəhərlər açıqlandı – SİYAHI

0
414

“Ermənistan ordusunun ardıcıl təxribatları və mülki vətəndaşları atəşə tutması nəticəsində Azərbaycan ordusu əks-hücum həyata keçirib”.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməliyyatlar üzrə meneceri Elnur Qasımov Bərdədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-dən 8 oktyabradək Daxili işlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən agentliyə 402 çağırış edilib

“366 əməliyyat çıxışı icra olunub. Bu çıxışlar hər dəqiqə dəyişir”.

O, təcili və təxirəsalınmaz axtarış və zərərsizləşdirmə əməliyyatları aparılan rayonlardan da danışıb:

“Ağdam, Goranboy, Tərtər, Ağdaş, Bərdə, Beyləqan, Füzuli, Ağcabədi, Biləsuvar, Cəbrayıl, Naftalan, Şəmkir, Hacıqabul, Yevlax Gəncə və Mingəçevir şəhərlərində icra olunur. Düşmən müxtəlif növ sursatlardan istifadə edir”.