Düşmənə məxsus dron zərərsizləşdirildi – FOTO

0
436

Oktyabrın 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102”  Xidməti-Zəng mərkəzi sistemindən on dörd müraciət daxil olub.

Bununla bağlı ANAMA məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 14 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Avşar, Hacılar kəndləri, Ağdam rayonunun Üçoğlan kəndi,   Bərdə rayonunun Qazaxlar, Gərənə kəndləri, Beyləqan rayonunun Xaçın körpüsü, Füzuli rayonunun Alxanlı kəndi və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Zeyvə kəndləri, Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi, Tərtər rayonunun Cəmilli, Yuxarı Sarıcallı kəndləri, V.Həsənov küçəsi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd qaz qumbarası, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 152 mm-lik top mərmisi (OF-29), 1 ədəd dron zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 357 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.