Durova qarşı iddiaların səbəbi açıqlandı – Paris prokuroru danışdı

0
60

Paris prokuroru Lor Bekko “Telegram”ın yaradıcısı Pavel Durova qarşı iddiaların səbəbini açıqlayıb. Onun sözlərinə görə, iş kibercinayətkarlıqla mübarizə baxımından araşdırılır.

O bu barədə RTL radiosuna danışıb.

“Kibercinayətkarlıq departamenti bir neçə dəfə bildirişlər alıb və “Telegram” platformasından kibercinayətkarları, xüsusilə uşaq pornoqrafiyası sahəsindəki kibercinayətkarları müəyyən etməyi xahiş edib”, – deyə Bekko bildirib.

Bekko əlavə edib ki, “Telegram” sorğulara cavab verməyib. Buna görə də araşdırmalara başlanılıb.

O, həmçinin qeyd edib ki, Durov hazırda istintaqla tam əməkdaşlıq edir.