Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş 64 yaşında dünyasını dəyişib.
64 yaşında vəfat edən modelyerin cənazəsi Nişantaşındakı evindən çıxarılıb.
Bu vaxt Nurun yaxın dostu Sibel Canın tabutun arxasından göz yaşı tökdüyü görüntülənib. İki il əvvəl beyin xərçəngi diaqnozu qoyulan Nur Yerlitaş bu müddətdə iki ciddi əməliyyat keçirib.
O, dünən günorta saatlarında evdə vəfat edib. Modelyerin yaşadığı evə Türkiyənin məşhur simaları axın ediblər. Nur Yerlitaşla çalışan bir çox tanınmış şəxslər onunla birlikdə çəkilmiş şəkillərini sosial media hesablarında paylaşaraq, yaxınlarına baş sağlığı veriblər.