Bu barədə “Dünya Xoşbəxtlik Hesabatı 2020” (World Happiness Report 2020) araşdırmasının nəticələrinə əsasən xəbər yayıb.
Ən xoşbəxt sakinləri olan ölkələr sıralamasında Azərbaycan 89-cu, Ermənistan 116-cı, Gürcüstan isə 117-ci yeri tutub.
2019-cu il tədqiqatında Azərbaycan 90-cı, Ermənistan 116-cı, Gürcüstan isə 119-cu yerdə qərarlaşıb.
Finlandiya 2020-ci ildə dünyanın ən xoşbəxt ölkələri sıralamasında yenidən liderdir. İlk onluğa Danimarka, İsveçrə, İslandiya, Norveç, Hollandiya, İsveç, Yeni Zelandiya, Avstriya və Lüksemburq daxildir.
BMT-yə görə ən uğursuz ölkə 153-cü yerdə sıranı tamamlayan Əfqanıstandır.
“Dünya Xoşbəxtlik Hesabatı” hər il BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Birliyi tərəfindən tərtib olunur. Burada ömür uzunluğu, sosial dəstək və s. kimi göstəriciləri nəzərə alınır.