Dünyanın taleyinə QƏRAR VERİLƏCƏK – 18 mayda tarixi görüş

0
598
Dünyanın taleyinə QƏRAR VERİLƏCƏK - 18 mayda tarixi görüş

BMT-in nəzdindəki Ümumdünya Səhiyyə Təşkilatının ən ali qərarları verən orqanı Ümumdünya Səhiyyə Assambleyası tarixində ilkə imza atacaq.

Assambleyanın 18 mayda keçirilməsi nəzərdə tutulan 73-cü konfransı onlayn olacaq.

İki gün davam edəcək konfransda ÜST-ün 194 üzv ölkəsinin nümayəndələrinin əhəmiyyətli qərarlar verəcəyi gözlənilir.

Bu arada ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus təşkilatın mərkəzində keçirilən video-konfransda koronavirusa qarşı peyvəndin hazırlıq işləri barədə danışıb. O, hazırlanacaq peyvəndin bütün dünyada bərabər və ədalətli şəkildə paylanması, peyvəndin hər kəsə çatması üçün hökumətlərin işinin düzgün qurmasına diqqət çəkib.