Dünyanın sonu yaxınlaşır – Bu ölkələrə qaçın

0
192

 Bir sıra elm adamlarına görə, əhalinin artması, qlobal istiləşmə, epidemiyalar kimi bəşər sivilizasiyasının məhvinə səbəb ola biləcək amillər dünyanın sonunun yaxınlaşdığı ehtimalını gücləndirir. Beləliklə, mümkün qiyamət baş verərsə, hansı ölkələr salamat qala bilər?

Elm adamları dünyanın qlobal çöküşü zamanı sığınacaq üçün “ən təhlükəsiz ölkələr”i müəyyən ediblər. Bu ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya ştatı daxildir.

Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yerdədir.

Tədqiqatçılar bildirirlər ki, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı enerjiyə əsaslanan qlobal iqtisadiyyatın ekologiyaya vurduğu ziyana görə bəşər sivilizasiyası təhlükə ilə üz-üzədir.

Mütəxəssislərin fikrincə, ağır maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv edilməsi, COVID-19-dan daha pis pandemiyaların yayılması qlobal çöküşlə nəticələnə bilər.

Araşdırmaçılar kimlərin belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün ölkələri öz əhalisi üçün qida yetişdirmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələri və bəzi istehsal imkanları əsasında sıralayıblar.

Birinci yeri mülayim bölgələrdəki və əsasən əhali sıxlığı az olan adalar tutub. Bununla belə, elm adamları deyirlər ki, dayanıqlılığı artırmaq üçün bu ölkələrin təkmilləşdirməli olduqları sahələr var. Mütəxəssislər qloballaşmanın dayanıqlılığı sarsıtdığını, qida və digər həyati əhəmiyyətli sektorlarda ehtiyat potensialın tapılmalı olduğunu söyləyirlər.

“Sustainability” jurnalında dərc edilən araşdırmada milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq satın aldıqları bildirilib.

İngilis professor Aled Cons baş verənlərlə bağlı deyib: “Siyahımızda Yeni Zelandiyanın olması bizi təəccübləndirmir. Belə qənaətə gəldik ki, sərhədlərin asanlıqla mühafizə oluna bildiyi və iqlimi mülayim olan ərazilər ən təhlükəsiz yerlərdir. Beləliklə, geriyə baxdıqda, əsasən adaların siyahının başında olduğu olduqca aydındır”.

Cons əlavə edib:

“Britaniyanın mümkün fəlakətə qarşı güclü olması bizi çox təəccübləndirdi. Ölkədə əhalisinin sıxlığı yüksəkdir və ənənəvi olaraq xarici istehsala malikdir. Hazırda öz qidasının yalnız 50 faizini istehsal edir. Amma onun zərbələrə tab gətirmək potensialı var”.

Tədqiqat müəllifləri onu da vurğulayırlar ki, dünyanın gələcəyi ekologiyanın məhv olması, məhdud resurslar və əhalinin artımı səbəbindən böyük təhlükə altındadır.

Digər tərəfdən, tədqiqatçılar dəhşətli sosial çökmələrdən təsirlənməyən və buna görə də əhalisini əhəmiyyətli dərəcədə qoruya bilən yerləri “xilasedici qayıqlar” adlandırırlar.

Aled Consa görə, böyük qlobal ərzaq itkiləri, maliyyə böhranı və pandemiya son illərdə dəfələrlə baş verib: “Bəxtimiz gətirdi ki, bunlar eyni vaxtda baş vermədi. Bununla belə, bütün bunların eyni ildə baş verməməsi üçün heç bir real səbəb yoxdur”.