Dünyanın ilk taxta peyki kosmosa çıxdı – Bu ağacdan hazırlanıb

0
35

Dünyanın ilk taxta peyki “LingoSat” Yer orbitinə uğurla daxil olub.

Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

“LignoSat” aparatı yan hündürlüyü 10 santimetr olan bir kubdur. O, əvvəllər Beynəlxalq Kosmik Stansiyada (ISS) bir il davam edən sınaqlar zamanı çatlamağa ən davamlı olduğu sübut edilmiş maqnoliya ağacından hazırlanıb.

Cihaz Kioto Universiteti və “Sumimoto Forestery” şirkətinin yapon mütəxəssisləri tərəfindən yaradılıb. Tərtibatçıların fikrincə, “SpaceX” raketində “LignoSat”ın buraxılışı yaxşı alınıb.

Qeyd edilib ki, taxta peyk tezliklə ISS-in göyərtəsində olacaq və təxminən bir ay sonra onun gücünü və dayanıqlığını yoxlamaq üçün kosmosa buraxılacaq. Cihazdan alınan məlumatlar maqnoliya gövdəsinin həddindən artıq temperatur dəyişikliklərinin öhdəsindən necə gəldiyini göstərəcək.

Kioto Universiteti hesab edir ki, ağacdan və digər qeyri-metal materiallardan hazırlanmış peyklər adi təcrübəyə çevrilməlidir. Fəaliyyətinin sonunda bu cür cihazlar planetin atmosferində iz qoymadan yanaraq kosmik tullantıların miqdarını azaldacaq.