Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi

0
122

Türkiyə dünyanın müdafiə sənayesini təəccübləndirməkdə davama edir. 

Beynəlxalq qurumlar Türkiyənin orta hündürlükdə uçan “İHA TB3”ünün yeni hündürlük rekordu qırdığını diqqətə çatdırıblar.

Qlobal müdafiə nəşri “Army Recognition”da dərc olunan xəbərdə Türkiyənin hərbi aviasiya sahəsində dünya markası olan “Bayraktar”ın son silahlı pilotsuz uçuş aparatı (SİHA) “TB3”ün yeni yüksəkliyə qalxaraq bütün diqqətləri üzərinə çəkdiyi bildirilib.

Məqalədə “TB3 UCAV”nin “TAI Engine Industries” tərəfindən istehsal edilən milli PD-170 mühərrikindən istifadə etdiyi vurğulanıb. Əlavə edilib ki, “TB3” orta hündürlükdə uçuşları uğurla başa vurub, “Aselsan” tərəfindən hazırlanmış “ASELFLIR-500” yüksək ayırdetmə qabiliyyətinə malik kamera sistemi sayəsində kəşfiyyat və müşahidə imkanları daha yüksək səviyyəyə çatıb.

“TB3”-ün orta hündürlükdə və məsafədə işləmək üçün nəzərdə tutulduğuna dair məlumatların paylaşıldığı təhlil yazısında onun TCG Anadolu kimi milli dəniz döyüş gəmilərindən də qalxıb-enə biləcəyi qeyd edilib. Nəşr həmçinin oxucularına 8,45 metr uzunluğunda və 14 metr qanad açıqlığına malik yeni PUA-nın 280 kilo döyüş sursatı daşıya biləcəyini və 1900 km ərazidə lazerlə idarə olunan raketlərlə əməliyyatlar həyata keçirə biləcəyini açıqlayıb.

Beynəlxalq dəniz nəşri “Naval News” isə xəbər verir ki, Asiyanın ən böyük müdafiə sərgilərindən biri olan “Malaysia DSA 2024” sərgisində nümayiş etdirilən Türkiyənin “ağıllı dəniz minası” iştirakçıları təəccübləndirib. Koç Müdafiə, MKE və TÜBİTAK ilə ortaq şəkildə inkişaf etdirilən “MALAMAN” adlı dərin dəniz minasının ən diqqət çəkən xüsusiyyəti kamuflyaj olmasıdır. Təhlil məqaləsindəki məlumata görə, milli kamuflyajlı dəniz minası 100 metr dərinlikdə fəaliyyət göstərə bilər.