Vladimir Putin və müdafiə naziri Andrey Belousov Rusiyada Hərbi Dəniz Qüvvələri günündə təntənəli paradda çıxış edərkən Ukrayna xüsusi xidmət orqanları hücuma hazırlaşırdı.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilk dəfə “Rossiya-1” telekanalının efirində təfərrüatları açıqlayıb.
Ryabkov iddia edir ki, hətta Amerikanın müdafiə naziri Lloyd Ostin də bu xəbərlərdən çox təəccüblənib və olduqca ciddi qəbul edib. Bundan sonra Vaşinqton Kiyevlə əlaqə saxlayıb və planlaşdırdıqlarını etməməyi tələb edib.
Diplomatın fikrincə, əgər Ukraynanın planı baş tutsaydı, bu, Rusiya və ABŞ-ı idarəolunmaz münaqişəyə soxacaqdı. Rusiya müdafiə naziri Andrey Belousovun siqnalı Pentaqonun rəhbəri Lloyd Ostinə çatdı, Moskva və Vaşinqton kəskin dönüşdən yayındılar.
“Deyə bilərəm ki, Rusiya tərəfinin Vaşinqtona göndərdiyi siqnal, mənim başa düşdüyüm kimi, təkcə Vaşinqtonun müdafiə şöbələrinə deyil, onun nəzarətində olan bəzi digər paytaxtlara da çatıb”, – Ryabkov Rusiya və ABŞ başçıları arasında söhbəti şərh edərkən deyib.
Rusiya Federasiyasının xarici işlər nazirinin müavini bütün təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, epizodlardan biri təşviş yaradıb. Ççünki onlar maksimum ziyan vurmağı və maksimum effekt əldə etməyi planlaşdırırmışlar:
“Görünür, hərbi rəhbərliyimizin və müdafiə nazirinin amerikalı tərəfdaşa siqnalı öz təsirini göstərib”, – diplomat əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 12-də Belousovla Pentaqonun rəhbəri Ostin arasında telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. O qeyd edib ki, təhlükəsizlik təhdidlərinin qarşısının alınması və mümkün eskalasiya riskinin azaldılması məsələləri müzakirə olunub.