Dünyanın 8-ci möcüzəsi adlandırılan “Litl Aylend” parkı – FOTO

0
323

Bir neçə gün öncə Nyu-Yorkda, daha dəqiq desək Manhettenin cənub hissəsində “Litl Aylend” parkı istifadəyə verilib.

Park Hudzon çayında yaradılmış süni adada salınıb.

Ada isə öz növbəsində birbaşa çayın dibinə basdırılmış 132 beton dirək üzərində dayanır.

Dünyanın 8-ci möcüzəsi adlandırılan park britaniyalı dizayner Tomas Hizervik trəfindən layihələndirilib. Onun tikintisi 260 milyon dollara başa gəlib.

İnşaat işləri iş adamı Barri Diller və onun həyat yoldaşı, modelyer Diana fon Fürstenberq tərəfindən maliyyələşdirilib.