Dünyanın ən yaşlı qadını VƏFAT ETDİ

0
166

Planetin ən yaşlı sakini, fransız rahibə bacısı Andre (dünyada Lucille Randon) 118 yaşında vəfat edib.

Bu barədə “Frans Press” agentliyinə (AFP) istinadla xəbər verir.

Andre bacının 2009-cu ildən yaşadığı Tulon şəhərindəki qocalar evinin nümayəndəsinin nəşrə verdiyi məlumata görə, onun ölümü yuxuda baş verib.

Lucille Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 2022-ci il aprelin 26-da 119 yaşında yapon qadını Keyn Tanakanın ölümündən sonra planetin ən yaşlı sakini kimi tanınıb